“Bu onunla Kiyev səfərindən və Londondakı danışıqlardan sonra üçüncü görüş olacaq”
NATO-nun baş katibi Mark Rutte bu gün Alyansın Brüsseldəki qərargahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək. AYNA xəbər verir ki, bu, oktyabrın əvvəlindən bəri NATO rəhbərinin Ukrayna lideri ilə üçüncü görüşüdür.
“Bu gün NATO-nun qərargahda Volodimir Zelenskini qəbul edəcəyəm. Bu onunla Kiyev səfərindən və Londondakı danışıqlardan sonra üçüncü görüş olacaq”, - deyə Mark Rutte bildirib.
Baş katibin sözlərinə görə, o, görüş zamanı Zelenskidən Rusiya ilə şərq cəbhəsində və Kursk istiqamətində vəziyyət barədə məlumat alacaq, həmçinin NATO-nun son qərarları barədə məlumatlandıracaq.