Ukrayna prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər edəcək. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Zelenskinin ABŞ-a qəfil səfəri Bayden administrasiyasının Ukraynaya "Patriot" zenit-raket komplekslərinin daxil olduğu yeni yardım paketi göndərməsi ilə üst-üstə düşür.
Dekabrın 21-də Ukrayna Prezidenti Vladimir Zelenski Nümayəndələr Palatasının və Konqresin birgə iclasında çıxış edəcək.
Bu Rusiya-Ukrayna müharibəsindən sonra Zelenskinin ilk xarici səfəri olacaq.