Zelenski amerikalı silah istehsalçıları ilə danışıqlarda

Dünya

17.10.2025 - 13:47

Ukrayna lideri “Raytheon” və “Lockheed Martin” ilə hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da “Patriot” hava hücumundan müdafiə sistemi istehsal edən “Raytheon” şirkətinin nümayəndələri ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

"Biz “Raytheon”un istehsal imkanlarını, Ukraynanın hava hücumundan müdafiəsini və uzaq mənzilli raketlər imkanlarını gücləndirmək üçün mümkün əməkdaşlıq imkanlarını və Ukrayna-Amerika istehsalının perspektivlərini müzakirə etdik", - Ukrayna lideri qeyd edib.

Bundan başqa, Ukrayna Prezidenti Amerikanın “Lockheed Martin” müdafiə şirkətinin nümayəndələri ilə görüşüb və əməkdaşlıq potensialını və Ukraynanın müdafiəsini gücləndirmək imkanlarını müzakirə edib.

"Prezident onları Ukraynanın hava hücumundan müdafiə sistemləri və raketlərinə, eləcə də F-16 təyyarələrinə xüsusi ehtiyacları barədə məlumatlandırıb. “Lockheed Martin” nümayəndələri şirkətin istehsal imkanlarını müzakirə ediblər", - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş