"Endryu Roman Mak Ukrayna Prezidentinin müşaviri vəzifəsindən azad edilsin"
Ukrayna Prezidenti Volodimir Zelenski müşaviri Endryu Makı vəzifəsindən çıxarıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi saytında məlumat yerləşdirilib.
"Endryu Roman Mak Ukrayna Prezidentinin müşaviri vəzifəsindən azad edilsin", - deyə fərmanda bildirilib.
Yerli medianın məlumatına görə, Mak Ukrayna hökuməti adından ABŞ-da lobbiçilik fəaliyyəti ilə məşğul olub və Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermakla sıx əməkdaşlıq edib.