Zelenski: “ABŞ yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək”

Dünya

10.07.2026 - 11:35

“Mən avropalılarla ayrıca razılaşmalar əldə etmişəm”

“ABŞ yaxın günlərdə Ukraynanın müdafiə qüvvələrinə “Patriot” üçün yeni anti-ballistik raket paketi verəcək”. AYNA.AZ-ın “RBC-Ukrayna”ya istinadən məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısından NATO sammitində Ukraynanın “Patriot” üçün PAC-3 ballistik raketlərinin yeni təchizatı barədə razılığa gəlib-gəlmədiyi soruşulub.

Zelenski cavabında deyib: "Hesab edirəm ki, bu sammit Ukrayna üçün məhsuldar olub. Yaxın günlərdə ABŞ-dan bir paket alacağıq və mən avropalılarla ayrıca razılaşmalar əldə etmişəm".

O Avropa ölkələri üçün hələlik konkret tarixlərin olmadığını, lakin Ukraynanın mütləq əlavə PAC-3 raketləri alacağını açıqlayıb.

Xatırladaq ki, “Patriot” üçün ballistik raket çatışmazlığı Ukraynanın əsas məsələlərindən biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş