Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq

Xəbərlər

10.07.2026 - 10:09

Yolda təmir həyata keçiriləcək

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AYNA.AZ-a bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:

10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;

11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş