“Zəfər ilinin müəllimi” layihəsinə başlanılır

Xəbərlər

05.10.2021 - 11:37

Həkimlər Klinikalar SEO Xidməti

Layihə bu ilin sonunadək davam edəcək

Təhsil Nazirliyi “Zəfər ilinin müəllimi” layihəsinə start verir. Nazirlikdən AYNA-ya bildirilib ki, layihə bu ilin sonunadək davam edəcək.

Sözügedən layihə çərçivəsində Təhsil Nazirliyinin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olan müəllimlərimiz haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq #ZəfərİlininMüəllimi həştəqi altında yayımı nəzərdə tutulur.

Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər.

Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş