Zaxarova Zelenskinin Moskvadakı terror aktı ilə bağlı açıqlamasına cavab verib

Dünya

24.03.2024 - 09:56

cedabet Klinikalar SEO Xidməti

“Ukrayna Prezidentinin bəyanatı onu elə məhv etdi ki, heç nə xilas edə bilməz”

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı “Crocus City Hall”da baş verən terror aktında iştirakda ittiham edən yeganə dövlət başçısıdır”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna liderinin bəyanatına cavab verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegam” kanalında yazıb.

Rəsminin sözlərinə görə, Zelenski açıqlaması ilə özünü ifşa edib: “Ukrayna Prezidentinin bəyanatı onu elə məhv etdi ki, heç nə xilas edə bilməz”.

Xatırladaq ki, Ukrayna Prezidenti terrora səbəb kimi Rusiya hakimiyyətini ittiham edib.

Qeyd edək ki, martın 22-də Moskvada “Crocus City Hall”da dəhşətli terror törədilib. Son rəsmi məlumata görə, terrorda 133 nəfər həlak olub.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş