Ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1 675 manat məbləğində ziyan dəydiyi məlum olub
Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı mərkəzin Zarağan meşəbəyliyinin dörd saylı dolayında ağacların kəsildiyi aşkar edilib.
AYNA-nın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1 675 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub: “Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib”.