Zaqatalada şəlaləyə gedən Bakı sakinləri itkin düşüblər

Hadisə

24.07.2023 - 11:06

Həkimlər Klinikalar SEO Xidməti

İtkin düşən şəxslərin axtarışlarına başlanılıb

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş