Oğurluğu törətməkdə şübhəli bilinən şəxs tutulub
Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən təsərrüfatlardan birində xırdabuynuzlu heyvan oğurluğu baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən 30 yaşlı Murad Kələşov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Kələşov barəsində həbs qətimkan tədbiri seçilib.