Biri uşaq olmaqla beş nəfərin axtarışları davam edir
Rusiya Zaporojyedə yaşayış binasını raketlə vurub. AYNA Ukrayna mediasına istinadən bildirir ki, hücum nəticəsində ilkin məlumata görə, 4 nəfər həlak olub.
Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalında dərc olunan məlumata görə, beş nəfər itkin düşmüş hesab olunur. Onlardan biri uşaqdır: “İlkin məlumatlara görə, 4 nəfər ölüb, 8 nəfər yaralanıb...".
Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Zaporojye Vilayət Prokurorluğunun açdığı cinayət işində müharibə qanunlarının və adətlərinin pozulması, qəsdən adam öldürmə faktı üzrə ibtidai istintaq başlayıb.