Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Xəbərlər

11.11.2025 - 19:35

Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərə başsağlığı verib. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən “C130” hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş