Türkiyənin Yunanıstanın Şərqi Aralıq dənizi təxribatına cavabı gecikməyib
Yunanıstan Türkiyə ərazisində iki NAVTEX yayımlayıb. Türkiyə isə buna cavab olaraq NAVTEX elanını yeniləyib.
AYNA-nın məlumatına görə, Türkiyə mətbuatı yazır ki, Yunanıstan bu cür etməklə məsələnin dialoq yolu ilə həllinə zərbə vurur. Təhükəsizlik mənbələri tərəfindən edilən şərhdə "Türkiyə, Egey və Aralıq dənizindəki problemləri dialoqla həll etməyə çalışarkən Yunanıstan dialoq masasını aşırmağa səy göstərir. Yunanıstan Türkiyənin nəzarəti altındakı ərazidə atış təlimləri aparılmasının gərəkliyini bildirərək Türkiyənin nəzarəti altında olan ərazidə iki NAVTEX yayımlayıb.Türkiyə isə həmin ərazinin pnların nəzarəti altında olduğunu bildirərək yenidən NAVTEX elan edib”.
Qeyd edək ki, Türkiyə Aralıq dənizində bir aylıq (avqustun 18-dən sentyabrın 15-dək) NAVTEX elan etmişdi. NAVTEX ingilis dilində “Navigational telex” sözlərindən düzəldilən dənizçilik terminidir. Hərəkət edən gəmi “Navtex” adlı cihazla ətrafdakı gəmilərə mesaj verir. Bu mesajlar hava vəziyyəti, qəza və sair ola bilər. Eyni zamanda ölkələr öz sahil sularında hərbi dəniz təlimləri və ya xüsusi fəaliyyət zamanı da NAVTEX elan edir, dənizdəki qurğulara xəbərdarlıq göndərirlər. Türkiyənin elan etdiyi NAVTEX sahil sularında kəşfiyyat-qazma fəaliyyəti barədə xəbərdarlıqdır.