İndiyədək 2 minə yaxın insan fəlakət bölgəsindən xilas edilib
Yunanıstanda leysan yağış səbəbindən ölənlərin sayı artıb. AYNA xəbər verir ki, Volos, Pilio, Larisa, Trikala və Kardiça kimi əyalətlərdə həyatını itirənlərin sayı 10-a yüksəlib.
4 nəfər itkin düşmüş sayılır. Silahlı Qüvvələr indiyədək 2 minə yaxın insanı fəlakət bölgəsindən xilas edib.
Axtarış-xilasetmə işlərinə 20-ə yaxın helikopter cəlb olunub.