Yol tikintisinə 12 milyon manat ayrıldı

Xəbərlər

30.07.2020 - 15:17

cedabet dərman SEO Xidməti

Prezident İlham Əliyev sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Şəki rayonunun Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş