Yol polisi bayram tətilindən qayıdanlara müraciət edib

Xəbərlər

11.11.2025 - 12:08

“Bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaqdır”

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən AYNA.AZ-a daxil olan müraciətdə deyilir: "Bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaqdır. Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir”.

“Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq", - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş