Hadisə nəticəsində 3 nəfər yaralanıb
Yevlax Bərdə avtomobil yolunda idarəetmədən çıxan “Mercedes” markalı avtomobil kanala aşıb.
AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Yevlaxın Malbinəsi kəndində baş verib.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq şor kanalına aşıb. 2002-ci il təvəllüdlü 3 gənc - Quliyev Sadiq, Mahmudov Aftandil, Əliyev Əli xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.