Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya

20.02.2026 - 13:49

Rusiya neftinə qiymət limiti endirilib: sanksiya siyahısına 23 şəxs, 13 şirkət və 100 gəmi əlavə olunub

Yeni Zelandiya hakimiyyəti Avropa İttifaqının ardınca Rusiya neftinə qiymət limiti endirməklə Rusiyaya qarşı sanksiyalarını genişləndirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat dərc edilib.

20 fevralda sanksiya siyahısına 23 şəxs, 13 şirkət və 100 gəmi əlavə edilib. Neft qiymətinin yuxarı həddi ilə bağlı olaraq, avropalıların ayın əvvəlində etdiyi kimi, bu rəqəm barel üçün 47,6 dollardan 44,1 dollara endirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş