Yeni TV kanalı açılması üçün sənəd qəbulu başa çatıb

Xəbərlər

07.07.2021 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib

 

Bu gün ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

 

MTRŞ-dan AYNA-ya bildirilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib.

 

"APA Mark" MMC;

 

"Təhsil TV" MMC;

 

"Balans Studiyası" MMC;

 

"İNS ÇM" MMC;

 

"İsti Press" MMC

 

"Medical Media" MMC

 

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş