Yeni Gəncədə attraksionların istismarı dayandırılıb

Xəbərlər

03.04.2025 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Attraksionlarda plan üzrə yoxlama aparılıb: nöqsanlar aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi müfəttişləri tərəfindən Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Elnur Cəfər oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, parkda fəaliyyət göstərən 20 ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət