Rusiyanın ilk Prezidenti Klintonla görüşü zamanı NATO-nun genişlənməsi halında Alyansa ilk Rusiyanın qoşulması lazım olduğunu bildiribmiş
Rusiyanın ilk Prezidenti Boris Yeltsin 1994-cü ildə ABŞ-ın keçmiş lideri Bill Klintonla görüşü zamanı NATO-nun genişlənməsi halında Alyansa ilk Rusiyanın qoşulması lazım olduğunu bildiribmiş.
AYNA xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqramda deyilir.
Söhbət 1994-cü il yanvarın 14-də liderlərin Novo-Oqaryovoda şam yeməyindən gedir.
“Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək ABŞ, Rusiya və Avropa ölkələri də daxil olmaqla bir növ kartel yaratmaq lazımdır”, - Yeltsinin dediyi sənədlərdə əksini tapıb.
Qeyd olunub ki, Klinton bu təklifə çox təmkinlə cavab verib: o, “Rusiyanın böyüklüyü” mövzusuna toxunub, lakin Yeltsinin təklif etdiyi ölkələrin birləşməsi ideyasını və ya dövlətin Alyansa üzvlüyünə razı olmayıb.
Bundan əvvəl, Amerika Milli Arxivinin məxfi sənədləri sayəsində Klintonun Yeltsinlə danışıqlar zamanı ABŞ və Rusiya arasında "sıx əməkdaşlıq" üzərində işləyəcəyinə söz verdiyi də məlum olub.