Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu həbs olunub

Xəbərlər

16.07.2025 - 20:03

Məhkəmə Mutvalı Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M.Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.

Müdafiə tərəfi M.Şıxlinskinin ev dustaqlığına buraxılmasını istəyib. Mutvalı həbsini qanunsuz hesab etdiyini və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş