Yeddi dəqiqəlik ölüm - <font color=red> Özünüzə qıymayın</font>

Cəmiyyət

13.11.2020 - 15:30

Həkimlər Klinikalar SEO Xidməti

Ənənəvi təhlükə qayıdır, ehtiyatı əldən vermək olmaz

 

Havaların soyuması ilə insanların istiliyə və eləcə də təbii qaza olan tələbatı artır. Bu zaman isə, bəzi hallarda dəm qazından boğulma halları yaşanır. Mütəxəssislər hesab edirlər ki, bu mövzuda əhalini daim maarifləndirmək lazımdır. Çünki dəm qazından boğulma halları, adətən düzgün quraşdırılmamış sobalar, qaz boru xətlərindəki nasazlıqlar, həmçinin də isanların məsuliyyətsizliyi səbəbindən baş verir. Artıq havaların soyuduğunu və maye qaza təlabatın artdığını nəzərə alaraq, AYNA ekspertlərlə həmsöhbət olub, əhaliyə bir daha diqqət edilməli olan məqamları çatdırmağa çalışıb.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev xatırladıb ki, havaların soyuması ilə bağlı insanların evlərini isitməsi üçün qaz soblarına da tələbat artır: “Bununla yanaşı, payız-qış aylarında havalar soyuq keçdiyindən insanlar qapı-pəncərələrini, hamam otaqlarının nəfəsliklərini bağlı saxlayırlar. Lakin evdə qaz cihazları işləyirsə, mütləq qaydada nəfəsliklər açıq olmalı, tüstü bacaları təmizlənməlidir. Eyni zamanda qaz sobları alınan və quraşdırılan zaman standartlara cavab vermələri nəzərə alınmalıdır ki, dəm qazı əmələ gəlməsin”.

İşinə peşə olaraq yanaşanlar da var, maaş üçün çalışanlar da ...

Həmsöhbətimizin sözlərinə görə, dəm qazının yaranması yanma prosesinin düzgün getməməsi zamanı baş verir: “Dəm qazını yaradan əsas amillərdən biri yanma prosesinin qaz soblarında düzgün getməməsidir. Buna görə qaz sobları alan zaman diqqət etmək lazımdır ki, standartlara uyğun olsun, istehsalçı şirkətin aydı qeyd edilsin, uyğunluq sertifikatı olsun. Həmçinin, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Bəzi hallarda tüstü bacaları illərlə təmizlənmir. Ola bilsin ki, bacada külək gətirdiyi zibillər toplansın, hər hansı dağılma olsun, hansısa heyvan yuva salsın və ya hər hansı əşya qalsın”.

 

“Təbii ki, bunlar da dəm qazını yaradan amillərdəndir. Buna görə tüstü bacalarının təmizlənməsinə xüsusilə diqqət etmək lazımdır. Tüstü borularında kəsik, deşik, yamaq olmamalıdır. Tüstü boruları zədəli olarsa, hər hansı bir calaq, yamaq və ya birləşmə yerlərində boşluqlar olduqda, bu, dəm qazının yaranmasına səbəb olur. Qaz soblarına kənar müdaxilə də yolverilməzdir”, - Nurəliyev bildirib.

 

Əlavə edib ki, dəm qazı adətən hamam və yataq otaqlarında yaranır: “Hamam otaqlarına aid standartlar var. Normalda hamam otaqları 7 kvadratmetr olmalıdır, lakin elə yerlər var ki, bu ölçü dəfələrlə az – iki, üç, dörd kvadratmetr olur. Eyni zamanda, kustar üsulla hazırlanan sobalar qoyulur, hamam otağına gələn qaz metal boru əvəzinə plastmas və ya rezin borularla çəkilir. Qapının aşağı hissəsində hava dəlikləri olmur, ventilyasiya sistemi quraşdırılmır. Sobalardan çıxan boruların külək istiqamətinə quraşdırılanları olur ki, bu da çıxan tüstünün içəri qayıtmasına səbəb olur. Bu kimi hallar təhlükəsizlik qaydalarının pozulmasıdır ki, sonradan bir çox hallarda faciə ilə nəticələnir. Otaqda olan ümumi havanın 0.1%-də dəm qazı olması bəs edir ki, zəhərlənmə olsun. Belə halda həmin otaqda 7 dəqiqəyə qədər qalmaq insanın ölümü ilə nəticələnir”.

 

“Dəm qazından zəhərlənən insanı təmiz havaya çıxartmaq, paltarının yaxasını açmaq, alnına soyuq kompres qoymaq, ehtiyac olarsa, suni nəfəs vermək, əgər huşu özündədirsə, isti çay verməklə ilkin yardım göstərib dərhal təcili yardım çağırmaq lazımdır. Ümumiyyətlə, çöldən evə gəldikdə dərhal işığı, qazı yandırmaq olmaz. Birinci fikir vermək lazımdır ki, otaqda qaz qoxusu varmı. Qaz qoxusunun olmadığına əmin olduqdan sonra işığı, qazı yandırmaq olar”, - deyə ekspert fikirini tamamlayıb.

Ekspert: “Azəriqaz”da gedən islahatlar xidmət sektoru üçün inqilabi  xarakter daşıyır” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

Azad İstehlakçılar Birliyinin (AİB) üzvü Nüsrət Qasımov da vətəndaşların maariflənməsini vacib hesab edir: “Düzdür, əlaqədar qurumlar müəyyən maarifləndirmə işləri aparır, amma bu, kifayət eləmir. Buna görə də əhalini kütləvi şəkildə maarifləndirmək üçün KİV də fəal iştirak etməlidir.

 

“Bu məsələdə KİV-in üzərinə də böyük iş düşür. İnsanları bir qədər də maarifləndirmək, onlara xatırlatmaq lazımdır ki, tüstü bacalarını, ventilyasiya kanallarını təmizləsinlər. Hava soyuduqca insanlar qapı-pəncərələrini bağlayırlar. Lakin mütəmadi olaraq otaqların havalandırılması zəruridir, bunu da unutmaq olmaz”, - o bildirib.

 

Qasımov diqqətə çatdırıb ki, tüstü bacalarının təmizlənməsi işini Sovet dövründə inşa edilmiş binalarda “JEK”-lər həyata keçirir: “2016-cı il 29 aprel tarixindən binların daxili təhlükəsizliyi Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə olunub. Buna görə də “JEK”-lər olmayan yerdə bu işlə FHN məşğul olmalıdır. Həmçinin də bu işlə məşğul olan şirkətlər də var. Lakin onların da fəaliyyəti kifayət qədər deyil, çünki yaxşı reklam edilmir. Onlarla lazımsız reklamlar verilir, lakin bu cür – əhalinin sosial maraq dairəsini əhatə edən reklamları az görürük. Çünki burada yaxşı gəlir yoxdur. Amma nəzərə almaq lazımdır ki, bu, çox ciddi məsələdir. Cavan adamlar hamam otağında dəm qazına qurban gedir. Buna görə ciddi maarifləndirici işlər görülməlidir”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş