Yaxın günlərdə vətəndaşlarımızın təxliyəsinə başlanılacaq

Cəmiyyət

13.05.2020 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarla bağlı mütamadi məlumatlar toplanır

 

“Mayın18-31-i tarixlərində xaricdə yaşayan həmvətənlərimiz çarter reysi ilə Azərbaycana gətiriləcəklər”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. Bildirib ki, pandemiya səbəbindən ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarla bağlı mütamadi məlumatlar toplanır.

 

“Həmçinin Nazirlikdə fəaliyyət göstərən “qaynar xətt” vasitəsilə müraciətlər, məlumatlar əldə olunur. Təkcə may ayının ötən günləri ərzində 664 telefon zəngi daxil olub”, - XİN sözçüsü vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş