“YAŞAT” Fonduna toplanan vəsaitin miqdarı açıqlanıb

Xəbərlər

23.08.2021 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Fonda indiyədək 61 milyon manardan çox vəsait ianə edilib

 

Bu günə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 61 831 827 manat cəmlənib.

 

AYNA xəbər verir ki, ianələrdən 34 109 883,84 manat xərclənib.

 

Toplanan məbləğin 17 174 826,5 manat fiziki şəxslər, 44 657 000,5 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

 

Qeyd edək ki, 2020-ci il dekabrın 8-də Prezident İlham Əliyevin imzaladığı Fərman ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş