Mərkəz 1 mart tarixindən bir ay müddətinə bağlanacaq
Bakının Yasamal rayonundakı 3 saylı “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar bağlanacaq. AYNA xəbər verir ki, bu barədə “ASAN xidmət” Mərkəzindən bildirilib.
Qeyd olunub ki, zəruri təmir-bərpa işləri ilə əlaqədar Mərkəz 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.
“Vətəndaşlarımız qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik”, - deyə qeyd olunub.