Hadisə yerinə FHN qüvvələri cəlb edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.