Yardımlıda meşə zolağındakı yanğın söndürülüb

Hadisə

05.08.2021 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

 

Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolağında baş verən yanğın söndürülüb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş