Yaponiya Ukraynaya kredit verməyə hazırdır

Dünya

25.09.2024 - 18:10

Həkimlər Klinikalar SEO Xidməti

Tokio dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Kiyevə kredit verə bilər

Yaponiya dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya kredit verməyə hazırdır. AYNA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Yaponiyanın Ukraynadakı səfiri Matsuda Kuninori Rusiyanın aktivlərinin müsadirəsinə həsr olunmuş “Make Russia Pay” konfransında deyib.

Səfir qeyd edib ki, Yaponiya Ukraynaya 12 milyard dollardan çox yardım edib və dəstəyi davam etdirməyi planlaşdırır, xüsusilə qış dövrü ərəfəsində prioritet məsələ olan enerji sektorunda.

“Rusiyanın dondurulmuş aktivləri ilə bağlı Yaponiya G7 tərəfdaşları və Ukrayna ilə yaxından işləyir ki, Ukraynanın gəlirlərini sürətləndirmək üçün xarici kreditlərin müzakirəsini və icrasını inkişaf etdirsin. Mən Yaponiyanın mövqeyini bir daha təkrar edirəm. Yaponiya bu kreditləri Ukraynaya verməyə tam hazırdır”, - deyə diplomat qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş