Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub

Dünya

27.12.2024 - 11:35

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələnin episentri 428 min nəfər əhalisi olan Yokosuka şəhərindən 571 kilometr şimal-şərqdə yerləşib

Yaponiya sahillərində zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytının məlumatına görə, maqnituda 5,7 olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 01:00-da Honsyu adası yaxınlığında baş verib.

Zəlzələnin episentri 428 min nəfər əhalisi olan Yokosuka şəhərindən 571 kilometr şimal-şərqdə yerləşib. Mənbə 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş