Yaponiya müdafiəsini gücləndirir: “Tarixi dönüş nöqtəsi ilə üz-üzəyik”

Dünya

08.04.2024 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

Kişida Fumio: “Təhlükəsizlik problemləri qarşısında Yaponiya-ABŞ ittifaqı getdikcə vacib olur”

“Rusiyanın Ukraynaya hücumu, eləcə də Yaxın Şərq və Şərqi Asiyadakı vəziyyət ölkənin siyasətində dəyişiklik tələb edir”. AYNA CNN-ə istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın Baş naziri Kişida Fumio deyib.

“Rusiyanın Ukraynaya təcavüzünün, Yaxın Şərqdəki vəziyyətin, eləcə də Şərqi Asiyadakı vəziyyətin şahidi olduğumuz üçün tarixi dönüş nöqtəsi ilə üz-üzəyik. Buna görə də Yaponiya müdafiə qabiliyyətini əsaslı şəkildə gücləndirmək qərarına gəlib”, - deyə o bildirib.

Yaponiyanın Baş naziri deyib ki, Tokio Rusiya və Şimali Koreya arasında əməkdaşlığı diqqətlə izləyir və bunu beynəlxalq nizam və sabitlik baxımından narahatedici sayır.

Fumio qeyd edib ki, təhlükəsizlik problemləri qarşısında Yaponiya-ABŞ ittifaqı getdikcə vacib olur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş