YAP-ın Bakı rayon təşkilatlarına yeni sədrlər təyin olunub

Xəbərlər

10.09.2021 - 17:56

YAP rayon təşkilatlarının Nizamnaməsi də təsdiqlənib

Yeni Azərbaycan Partiyası (YAP) Bakı rayon təşkilatlarına yeni sədrlər təyin olunub. AYNA xəbər verir ki, YAP İdarə Heyətinin bu gün keçirilmiş iclasında qərar qəbul olunub.

İclasda Muxtar Nağıyevin Səbail rayon təşkilatının, Azər Süleymanovun Nəsimi rayon təşkilatının, Qafar Əliyevin Qaradağ rayon təşkilatının, Ramin Vəlibəylinin Nizami rayon təşkilatının, Bəxtiyar Nəbiyev Yasamal rayon təşkilatının, Namiq Əhmədovun Xəzər rayon təşkilatının, Vüqar Seyidlinin Suraxanı rayon təşkilatının, Samir Vəliyevin Nərimanov rayon təşkilatının, Vüqar Rəhimzadənin Xətai rayon təşkilatının, Vüsar İsmayılovun Binəqədi rayon təşkilatının, Misirxan Vəliyevin Sabunçu rayon təşkilatının, Emil Abasovun isə Pirallahı rayon təşkilatının sədri təyin olunması barədə qərar qəbul edilib.

İclasda YAP rayon təşkilatlarının Nizamnaməsi də təsdiqlənib.

Müəllif: Ayna.az