Yanğında xəsarət alan şəhid qardaşı ölüb

Xəbərlər

07.12.2025 - 12:13

58 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib

Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində dünyasını dəyişən qadının xəsarət alan oğlu da xəstəxanada vəfat edib.

AYNA.AZ xəbər verir ki, yaralananlar arasında olan 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Bununla da, hadisə nəticəsində həyatını itirənlərin sayı iki nəfərə çatıb.

Xatırladaq ki, yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş