Gənc qızın meyiti asılmış vəziyyətdə aşkarlanıb
Xudat şəhərində mənzillərin birindən meyit tapılıb.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, asılmış halda meyiti aşkarlanan şəxsin 2002-ci il təvəllüdlü Qusar rayon sakini Həlimə Həsənova olduğu müəyyənləşib.
Onun həmin mənzildə kirayədə yaşadığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.