Xoşbulaqda qanunsuz tikililər sökülüb

Xəbərlər

11.10.2024 - 16:27

cedabet dərman SEO Xidməti

Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya verilən məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xoşbulaq kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Xoşbulaqda qanunsuz tikililər sökülüb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş