Xocavənddə 1 tona yaxın narkotik tərkibli bitki məhv edilib

Xəbərlər

03.07.2021 - 11:05

Həkimlər Klinikalar SEO Xidməti

2 min 352 ədədlik çətənə kolu yandırılıb

 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Qeyd edilib ki, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2 352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş