Xocalıya köçürülən sakinlərin 200-dən çoxunun məşğulluğu təmin edilib

Xəbərlər

27.02.2025 - 11:56

Həkimlər Klinikalar SEO Xidməti

Xocalının 40 sakini üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramlarını davam etdirir.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, bu sahədə görülən işlər çərçivəsində Agentlik doğma yurd yerlərinə - Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğunu təmin edib. O cümlədən Xocalının 40 sakini üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Hazırda daha 80 sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş