Xocalıda kütləvi məzarlıq aşkar edilib

Xəbərlər

08.02.2024 - 16:04

Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var

İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. AYNA xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Müvafiq qurumların nümayəndələri yerli və xarici jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş