Mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019-cu il təvəllüdlü azyaşlı xilas olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbirmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019-cu il təvəllüdlü azyaşlını xilas ediblər.