XİN başçıları Qarabağ barədə: “Münaqişənin həlli yolları bəllidir”

Siyasət

11.08.2020 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: “Azərbaycanın mövqeyi qətiyyətlidir və dəyişməzdir”

 

Mövlud Çavuşoğlu: “Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”

 

Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. AYNA xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

 

“Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir”, - deyən Azərbaycanın XİN başçısı C.Bayramov türkiyəli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir xatırladıb ki, 12 iyul tarixində Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi növbəti hərbi təxribat həyata keçirilərkən bunun şahidi olduq: “Fürsətdən istifadə edib öz adımdan, Azərbaycan dövləti və xalqı adından təşəkkürümü bildirirəm. Azərbaycan da hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir. Bizim birliyimiz əbədidir”.

 

“Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bununla bağlı Azərbaycanın mövqeyi qətiyyətlidir və dəyişməzdir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir”, - deyə Bayramov vurğulayıb.

 

Çavuşoğlu isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır: “ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər. Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş