Azərbaycanda erməni dili kursları açılacaq

Siyasət

27.09.2019 - 16:06

Fərid Şəfiyev: “İstəyirik ki, Azərbaycanda ölkədaxili düşüncə mərkəzləri ilə əməkdaşlıq quraq, tələbələri də bu məsələyə cəlb edək

 

Bu ilin fevralında ölkə rəhbərinin göstərişi əsasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) yaradılıb. Qurumun rəhbəri Fərid Şəfiyev AYNA əməkdaşı ilə söhbətində BMTM-nin gördüyü və görəcəyi işlər barədə danışıb.

 

“Mərkəz tam fəaliyyətə 2 aydır başlayıb. Əsas 3 istiqamət üzrə fəaliyyəti  nəzərdə tutulur. Biz dövlətin vahid düşüncə mərkəzi olaraq ölkə üçün müvafiq arayışlar hazırlayırıq. Bu, xarici siyasət, beynəlxalq münasibətlər, regionda olan hadisələr, Yaxın Şərqdə, İranda, eləcə də postsovet ölkələrindəki vəziyyətlərlə bağlıdır. Həmçinin bizim milli məsələmiz olan Dağlıq Qarabağ ətrafında baş verən proseslər də priotetlərimiz sırasındadır”, - deyə müsahibimiz bildirib.

 

Onun sözlərinə görə, qurumun fəaliyyətinin ikinci istiqamətini ölkədən xaricdə olan düşüncə mərkəzləri ilə əməkdaşlıq təşkil edir: “Onlarla əməkdaşlığa başlamışıq. Bəzi sazişlər imzalanıb. Bəzi mütəxəssisləri Azərbaycana dəvət etmişik. Xarici ölkələrə səfərlər planlaşdırırıq. İlkin olaraq Gürcustanda olmuşam. Mərkəzin əməkdaşlarının da bir neçə ölkəyə səfərləri gözlənilir”.

Raminə Eyvazqızı