Dənizdə dalğaların hündürlüyü 3-5 metrə çatacaq
Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinə Nəzarət Mərkəzi gəmilərə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
AYNA xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.
Xəbərdarlıqda bildirilir ki, bu gün və sabah şimal-qərb və şimal küləyinin 25-27 m/s-dək güclənməsi ilə əlaqədar Xəzər dənizində dalğaların hündürlüyü 3-5 metrə çatacaq.