Xəzər dənizində təchizat gəmisində yanğın olub

Xəbərlər

31.07.2024 - 11:09

cedabet dərman SEO Xidməti

Yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş