“Xəyal Adaları”nda faciə: fəhlə ölüb

Hadisə

27.10.2021 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

Hündürlükdən yıxılan fəhlə aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib

Oktyabrın 25-i saat 13:00 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı iki metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş