“Xəstə sayının artması qaçılmazdır”

Xəbərlər

25.06.2020 - 18:02

cedabet dərman SEO Xidməti

Yaqut Qarayeva: “Tibb işçilərini sırf koronaviruslu xəstələrə xidmət üçün yönəltsək, necə olacaq?!”

 

Bir çox xəstələri müşahidə və müalicə edə bilərik. Elə olsa, digər xəstəliklərdən əziyyət çəkənlərə necə xidmət göstərə bilərik?! Tibb işçilərini sırf koronaviruslu xəstələrə xidmət üçün yönəltsək, necə olacaq?!

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

“İstəyimiz resurslarımızı düzgün formada bölüşdürməkdir. Xəstə sayının artması qaçılmazdır. Amma əsas odur ki, bu, nəzarət altında olsun”, - o bildirib.

 

TƏBİB rəsmisinin sözlərinə görə, ilk gündən risk qrupuna aid olan şəxslərin kimlər olduğu bəlli idi: “Onlar da özlərini izolyasiya etməli, insanların sıx olduğu yerlərdən uzaq durmalı və gigiyena qaydalarına ciddi əməl etməlidirlər. Yəni həmin insanlar üçün hər hansı xüsusi hal yoxdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş