Xarici İşlər Nazirliyi: Tərəflər razılığa gəldilər

Siyasət

05.12.2019 - 14:04

Gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi razılaşdırılıb

 

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.

 

Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar.

 

“Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az