Azərbaycan Prezidenti üç ölkəyə yeni səfir təyin edib

Siyasət

27.09.2019 - 20:50

Prezident İlham Əliyev İndoneziya, Meksika və Yunanıstana yeni səfir təyin edib

 

Cəlal Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub

 

AYNA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Dövlət başçısının digər sərəncamları ilə Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, Anar Xeybər oğlu Hüseynov isə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Müəllif: Ayna.az