“Dairəvi” müdafiə: Gözlər yenə Cənubi Qafqaza dikilib

Siyasət

02.11.2019 - 11:00

“Rusiya Dağlıq Qarabağda qarşıdurma istəmir, bu, Moskva hazırkı planlarına daxil deyil”

 

Oktyabrın 29-da Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ermənistana rəsmi səfər edib. Ermənistan və Rusiya mətbuatının yazdığına görə, Müdafiə naziri Gümrüdəki hərbi bazaya da baş çəkib. Səfərin nəticələrinə görə, Ermənistanda yerləşdirilən 102-ci Rusiya hərbi bazasının (RBM) döyüş potensialının, yeni və modernləşdirilmiş silah və hərbi texnika ilə təchiz olunmasından sonra, demək olar ki, iki dəfə artacağı bildirilir.

 

Ermənistana səfərdən sonra, Şoyqu həmin axşam Azərbaycana gəldi.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə, Rusiya Müdafiə nazirinin Ermənistan və Azərbaycana səfərləri üçün fərqli proqramların olduğunu deyib: “O, bu bölgədə gedən və Rusiyanın maraqlarına təsir göstərən hərbi obyektləri yoxlamaq üçün Ermənistana getdi. MDB Müdafiə Nazirlərinin Sammitində iştirak etmək üçün isə Azərbaycana gəlib. Bu, MDB ölkələrinin müdafiə idarələrinin qarşılıqlı fəaliyyətini ehtiva alan ənənəvi formatdır”.

Nicat Hacıyev