Arzu Nağıyev: “Təhdidlərə qarşı mübarizənin aparılmasında informasiya mübadiləsinin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir”
Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar olub. AYNA xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının əhəmiyyətini şərh edən politoloq Arzu Nağıyev deyib.
O bildirib ki, tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib və görüşdə çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunub: "Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərə olan təhdidlərin qarşısının alınması və bu məsələdə belə konfransların əhəmiyyəti ilə bağlı idi. Cənab Prezident iclas iştirakçılarına təbrik məktubu da ünvanladı. Təbrik məktubunda əsas məqamlara toxunan İlham Əliyev müasir dünyada sülhə və sabitliyə nail olmaq üçün hansı prioritet istiqamətlərdə işin vacib olduğundan, regional və qlobal təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətlərinin koordinasiya edilməsinin zəruriliyindən bəhs etdi. Cənab Prez